16 noyabr 2024 08:41
140

Koreya ilə Çin liderləri Peruda görüşüblər

"Çin bizim təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və humanitar mübadilə sahələrində sıx əməkdaşlıq etdiyimiz mühüm dövlətdir".

“İki sahil”in "Yonhap"a istinadən verdiyi məlumatına görə, bunu Koreya Respublikasının Prezidenti Yun Sok-Yol Peruda APEC sammiti çərçivəsində Çin Sədri Si Cinpinlə görüşdə deyib.

O, Çin ilə qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan “strateji əməkdaşlığın” inkişaf etdiriləcəyinə ümidini ifadə edib.

Cənubi Koreya Prezidenti həmçinin bildirib ki, o, KXDR-in davam edən təxribatlarına, Rusiya-Ukrayna müharibəsinə, və Moskva ilə Pxenyan arasında əməkdaşlığa cavab olaraq regionda sabitlik və sülhü təmin etmək üçün əməkdaşlığı inkişaf etdirməyə ümid edir.