Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.
“İki sahil” Energetika Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, qeyd olunan dövrdə Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
Bununla da il ərzində Avropaya qaz satışı 8,6 faiz və ya 800 milyon kubmetr, Türkiyəyə isə 1,3 faiz və ya 100 milyon kubmetr daha çox qaz satışı həyata keçirilib. Gürcüstana qaz satışı dəyişməz olaraq qalıb.
Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub.
Neftçala rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
Fermer 6,8 manat ödəyir, məhsulunu çoxsaylı risklərdən qoruyur – Günəbaxan sığortası