31 oktyabr 2017 19:09
550

Rusiya “Türk axını”na görə Avropadan zəmanət istəyir

Rusiya tərəfi “Türk axını” qaz boru kəmərinin digər ölkələrə də çəkilməsi məsələsini Avropa İttifaqının zəmanətindən sonra müzakirə edə bilər. Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Biznes Assosiasiyasının üzvləri ilə görüşdə söyləyib.

AZƏRTAC xəbər verir ki, diplomatın sözlərinə görə, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin ehtiyaclarını təmin etmək üçün “Türk axını” qaz kəmərinin ikinci qolunu genişləndirmək olar. S.Lavrov deyib ki, “Cənub axını”nın uğursuzluğundan sonra Rusiya “Türk axını” layihəsini inkişaf etdirir. Lakin bu layihənin Avropa ölkələrinin ərazisinə çıxarılması üçün Rusiya Brüsseldən konkret hüquqi zəmanət gözləyir.