Şahbuz rayonunun Batabat yaylağına intensiv qar yağır.
"İki sahil" "report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar respublikası (MR) Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları ilə ərazidəki yollar qardan təmizlənir.
Qeyd edək ki, hal-hazırda Şahbuz rayonunun Batabat yaylağında qarın qalınlığı 20, Küküdə 10, Biçənək kəndində 8 santimetr, Culfa rayonunun Ərəfsə kəndində 5, Şərur rayonunun Axura kəndində 4, Ordubad rayonun Nürgüt kəndində 2, Parağaçay qəsəbəsində isə 1 santimetr təşkil edir.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib