Rusiyanın Kurqan vilayətinin müəssisələri bu ilin əvvəlindən Azərbaycana 100,8 ton ət konservi tədarük edib.
"İki sahil” bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.
Bildirilir ki, noyabrın 26-da “Rosselxoznadzor”un Ural Regional İdarəsinin nəzarəti altında Kurqan vilayətindən Azərbaycana 16,6 ton ət konservi ixrac edilib.
Məhsullar əvvəlcədən Rusiyanın müvafiq müəssisələrinin birində lazımi laboratoriya sınaqlarından keçib. Mütəxəssislər idxalçı ölkənin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləyiblər.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır