Yaponiyada dərc olunan "Pavone" jurnalının 72-ci buraxılışında tarixi Şuşa şəhəri haqqında məqalə dərc edilib.
“İki sahil” xəbər verir ki, məqalədə Şuşanın məftunedici təbiəti, turizm imkanları, tarixi abidələri, beynəlxalq aləmdə tanınması barədə maraqlı məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, "Pavone" Yaponiyada dərc olunan, daha çox turizm, mədəniyyət sahələrindən bəhs edən, oxucuları arasında "Eliqantlıq nümunəsi" kimi tanınan nüfuzlu jurnaldır.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib