01 dekabr 2024 15:55
392

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu Milli Hidrometeorologiya Xidmətinin dekabrın 1-i saat 15:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Gəncə, Şəki, Oğuz, Qəbələ, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır.

Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, Sabirabad, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Astara, Ağdamda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10, dağlıq rayonlarda 1 dərəcəyədək isti qeydə alınıb.