Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və 1 ədəd məişət avadanlığı yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.