Yasamal rayonunun Tbilisi prospektinde yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 04.12.2024-cü il saat 23:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri aparılan müddətdə Tbilisi prospektinin bir hissəsinin, "Şakir" MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz"dan "İki sahil"ə verilən məlumata görə, həmçinin 05.12.2024-cü il saat 10:00-dan etibarən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub