SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yokogawa Europe B.V.”nin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş çərçivəsində SOCAR ilə “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlər arasında mövcud əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb