Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları Əfsanə Əsgərova, Elmar Orucov, Ruslan Salmanov, İlqar Həsənov, Elnur Nəsirov suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti işlərinin təkmilləşdirilməsi məqsədilə qardaş Türkiyəyə səfər çərçivəsində Devlet Su İşleri Genel Müdiri Mehmet Akif Balta və qurumun aidiyyəti şöbələrinin mütəxəssisləri ilə görüşlər keçiriblər.
“İki sahil” xəbər verir ki, görüşlərdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparılıb, təqdimatlar dinlənilib və suallar cavablandırılıb.
Görüşlərdə o da xüsusi olaraq vurğulanıb ki, hər iki ölkənin bu sahə üzrə təcrübə mübadiləsinin aparılması intensivləşdirilsin.
Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib, müxtəlif sosial obyektlər inşa edilib
19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb