Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Əsmənur Kərimli Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “STEAM AHEAD- 2024” olimpiadasının final mərhələsində iştirak edərək riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb.
“İki sahil” xəbər verir ki, Əsmənur Kərimli 2024-cü ilin aprel ayında keçirilən SASMO- 2024 olimpiadasının qalibi kimi “STEAM AHEAD- 2024” olimpiadasına qatılıb.
Məlumat üçün bildirək ki, olimpiadanın final mərhələsində 21 ölkədən 1254 məktəbli iştirak edib.
19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb