Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar Mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.
Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir - Nazir müavini