SOCAR-ın Bakı Ali Neft Məktəbinin “İtarla” komandası “TikTok Startup Academy 3.0” də qalib gəlib. Onlar Anar Nəcəfli, Rəvan Quluzadə, Nicat Piriyev, Eliana Səttarova və Emil Abdullayevdir. Mentoru isə İnformasiya texnologiyaları kafedrasının baş müəllimi İlkin Balazadədir.
Bu barədə "İki sahil"ə BANM-dən məlumat verilib.
Qazaxıstanın paytaxtı Astanada keçirilən müsabiqə “Astana.Hub” və “TikTok” platforması tərəfindən təşkil edilib.
Yarışmada iştirak etmək üçün Mərkəzi Asiya və Azərbaycandan 176 müraciət daxil olub, nəticədə 40 finalçı seçilib. Final mərhələsində isə 10 komanda qalib elan olunub. Bu qaliblər arasında Azərbaycanın 3 komandası da yer alıb.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb