SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi mübadilə proqramı çərçivəsində Çexiyanın Ostrava Texniki Universitetində (VSB-TU Ostrava) təhsil alır.
“İki sahil” xəbər verir ki, Neft-Qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Oktay Əmrahov, Elşən Salahov, Rəvan Yusifov, Ayxan Seyidli, Mahmud Dadaşov və Ruslan Əlizadə Çexiyada bir semestr oxuyacaqlar.
BANM-in tələbələri proqram çərçivəsində akademik biliklərini genişləndirməklə yanaşı, “Azərbaycanı tanıyaq” layihəsini təqdim ediblər. Onlar tələbə yoldaşlarını Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlandırıblar. Eləcə də Azərbaycanın COP29 çərçivəsində əldə etdiyi uğurlar və iqlim dəyişikliklərinə qarşı görülən tədbirlər haqqında ətraflı təqdimat hazırlayıblar.
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb