Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təlimlərində iştirak ediblər. Təlimləri müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar təqdim olunub.
“İki sahil” xəbər verir ki, təqdimetmə mərasimi Ali Məktəbin rektoru Elmar Qasımov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədovun iştirakı ilə baş tutub.
Təlimlər “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” və “İnstitusional akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” mövzularında keçirilib.
SOCAR-ın prezidenti Zimbabve Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
İnnovasiya yönümlü layihə və yarışlardan 860 min manatdan çox vəsait əldə edilib - Elmar Qasımov