SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Qış kuboku” intellektual turniri keçirilib.
BANM-dən “İki sahil”ə bildirilib ki, turnirdə 60 komanda, 300 tələbə və məzun iştirak edib. İlk mərhələdə 24 mövzu üzrə suallar cavablandırılıb, sonra isə 10 "Quiz" seçim turu təşkil olunub. Finalda 16 komanda "Xəmsə" yarışında mübarizə aparıb.
Turnirin qalibləri medal, kubok və sertifikatla təltif olunub.
Sualları proseslərin avtomatlaşdırılması mühəndisliyi və biznesin idarə edilməsi ixtisaslarının tələbələri Məryəm Nəzərova, Üsyan Rzalı və Əli Məmmədli hazırlayıblar.
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb