SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri (komanda və fərdi) “49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında ölkəmizi təmsil ediblər.
BANM-dən "İki sahil"ə bildirilib ki, müsabiqə Tbilisi şəhərində Gürcüstan Milli Universitetinin bazasında keçirilib. Yarışda BANM-in "BHOS 1" və "BHOS 2" komandaları fərqlənmə sertifikatı və II dərəcəli diplomla təltif olunub. Fərdi nəticələrə görə, tələbələr - Saleh İsayev, Emin Orucov, Cəmil Camaləddinli, Murad Axundov, Vüsət Orucov və Fərid Mehtiyev mükafatlandırılıb. Tələbələrin mentoru isə İnformasiya texnologiyaları kafedrasının müəllimi Azər Əliyevdir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb