2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat və yaxud 2023-cü illə müqayisədə 0,7 % az investisiya yönəldilib.
"İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,2 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 3,3 % artıb.
Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 641,3 milyon manatı və yaxud 49,6 %-i məhsul istehsalı sahələrinə, 8 milyard 221,1 milyon manatı və yaxud 38,4 %-i xidmət sahələrinə, 2 milyard 572,7 milyon manatı və yaxud 12 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 18 milyard 145,7 milyon manatını və yaxud 84,7 %-ni daxili investisiyalar təşkil edib, 15 milyard 524,9 milyon manatı və yaxud 72,4 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır