Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 30 254,8 min ton olub, bu da illik müqayisədə 1%-ə yaxın artım deməkdir.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, yüklərin 13906,7 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 9 105,4 min tonu və ya 30,1%-i avtomobil nəqliyyatı, 7 242,7 min tonu və ya 23,9%-i dəniz nəqliyyatı ilə daşınıb.
Qeyd olunur ki, hesabat dövründə dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-i və ya 17 245,6 min tonunu tranzit yüklər təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır