2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9% bahalaşıb.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3%, təkrar mənzil bazarında isə 9.8% artıb.
Qeyd edək ki, 2024-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 3.3%, o cümlədən ilkin mənzil bazarı üzrə 2.8%, təkrar mənzil bazarı üzrə 3.3% artıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır