2022-ci ildən bu günə kimi minimum hədlərə əməl etmədiklərinə görə Azərbaycanda 68 auditor təşkilatı və 31 sərbəst auditor barəsində müvafiq olaraq intizam və tənbeh tədbirləri görülüb.
“İki sahil” Auditorlar Palatasının istinadən xəbər verir ki, bunu qurumun aparat rəhbəri Qəşəm Bayramov “Haqsız rəqabət hallarının qarşısının alınması barədə” “Dəyirmi masa”da bildirib.
Onun sözlərinə görə, bununla bağlı Palatanın sədri 28 əmr imzalayıb: “Hal-hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir”.
Q. Bayramov onu da qeyd edib ki, haqsız rəqabətə qarşı mübarizə ilə əlaqədar Türkiyə təcrübəsi öyrənilib və bundan başqa 11 metodik vəsait hazırlanıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır