2024-cü ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 77,5 milyard manat olub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 4,9 % artıb, ümumi dəyərin 80,3 %-ini pərakəndə ticarət dövriyyəsi, 16,6 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 4,8 % artaraq 74,4 milyard manata bərabər olub, onun 48,6 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ilində bir istehlakçı orta hesabla ayda 632,7 manat və ya 2023-cü illə müqayisədə nominal ifadədə 38,1 manat çox vəsait xərcləyib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır