Ötən il Azərbaycanda 382,4 milyon manat dəyərində metal filiz hasil edilib.
“İki sahil”in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 11,2% azdır.
Hesabat dövründə 378,8 ton mis konsentratı hasil edilib ki, bu da illik müqayisədə 82,3% azdır. 2023-cü ildə ölkədə 2100 tonun üzərində mis konsentratı istehsal olunmuşdu.
Ötən ilin dekabrın 1-nə hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.
Bundan başqa, Azərbaycanda qızıl və gümüş hasilatında da azalma qeydə alınıb. Belə ki, ötən il ölkədə 2663,5 kq qızıl, 3184,9 kq gümüş hasil olunub. 2023-cü illə müqayisədə bu göstəricilər müvafiq olaraq 3,5% və 14% azdır.
2024-cü ilin dekabrın 1-i vəziyyətinə qızıl hasilatında hazır məhsul ehtiyatı 56 kq, gümüş hasilatında isə 334,9 ton qeydə alınıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır