SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Malik ilə görüşüb.
Şirkətdən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin iyulun Pakistana dövlət səfərinin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə və bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Söhbət zamanı bu günədək enerji sektoru üzrə birgə həyata keçirilən layihələr və əldə edilən nəticələr, həmçinin müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib, neft məhsullarının ticarəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb
Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib