Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, müvəqqəti işlər vəkili səviyyəsində Suriyaya nümayəndə göndəriləcək.
C.Bayramov xatırladıb ki, 2012-ci ildən etibarən Azərbaycanın Suriyada heç bir diplomatik fəaliyyəti olmayıb:
“Məlum hadisələrdən dərhal sonra bu istiqamətdə müvafiq addımlar atılıb. Qısa müddətdə Azərbaycan nümayəndə heyəti Suriyaya səfər etdi. Orada Suriya XİN başçısı və digər aidiyyəti şəxslərlə görüşlər keçirildi. Biz oradakı diplomatik missiyamızın bərpa edilməsi niyyətimizi bildirdik”.
TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb
Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq