Ötən il Azərbaycanda 141,8 min ton asfalt istehsal edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 15,4% azalıb.
Eyni zamanda, ötən il Azərbaycanda 5018,3 min ton beton istehsal edilib. Bu isə 2023-cü ildəki göstəricilərlə müqayisədə 12,1% çoxdur.
2025-ci ilin yanvarın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5,8 min ton təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır