SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Bu barədə "İki sahil"ə BANM-dən məlumat verilib.
Rektor Elmar Qasımov çıxış edərək, 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan tarixində mühüm rol oynadığını və xalqımızın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildiyini vurğulayıb. Qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin zirvəsidir və bu hadisə azadlıq hərəkatını daha da gücləndirib.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb