2024-cü ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 27,8 %-i Rusiya Federasiyası, 16,2 %-i Türkiyə, 9,3 %-i Hindistan, 8 %-i İran, 4,2 %-i Gürcüstan, 3,7 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3,1 %-i Pakistan, hər birindən 1,8 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 %-i Çin, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, 1,2 %-i Küveyt, 1,1 %-i İsrail, hər birindən 1 % olmaqla Belarus və Böyük Britaniya, 12,1%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,3 %-ini kişilər, 32,7 %-ini qadınlar təşkil edib.
2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan - 2 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Qırğızıstandan - 49,6 %, Qazaxıstandan - 48,6 %, Pakistandan - 46,7 %, Filippindən - 44,3 %, Omandan - 41,6 %, İordaniyadan - 39,7 %, Polşadan – 37 %, ABŞ-dan - 35,1 %, İtaliyadan - 35,1 %, Almaniyadan - 27,4 %, İrandan - 27,2 %, Niderlanddan - 27,1 %, Türkmənistandan – 27 %, Tacikistandan - 21,7 %, Səudiyyə Ərəbistanından - 21,6 %, Yəməndən – 21 %, Fransadan – 20 %, Böyük Britaniyadan - 19,2 %, Misirdən - 17,2 %, Rusiyadan – 17 %, Özbəkistandan – 17 %, Ukraynadan - 15,6 %, Türkiyədən - 12,7 %, Moldovadan - 11,8 % artıb.
2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 % artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 % artaraq 425 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 % artaraq 979 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 %-i hava, 23,1 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır