Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bolu vilayətində baş verən dəhşətli yanğınla bağlı Türkiyəyə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir