Türkiyədə hoteldəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya yanğın nəticəsində 66 nəfərin öldüyünü, 51 nəfərin yaralandığını bildirib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir