Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə olan “SOCAR Türkiyə Enerji” şirkəti və “Nakkaş Holding” arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.
“İki sahil” xəbər verir ki, sənəd SOCAR məhsullarının dəmir yolu ilə daşınmasının logistikasının inkişafı və Sabiha Gökçən hava limanında aviasiya yanacağının ticarəti və saxlanması obyektinin yaradılmasını nəzərdə tutur.
Protokol “SOCAR Türkiyə Enerji”nin baş icraçı direktoru Elçin İbadov və “Nakkaş Holding”in İdarə Heyətinin sədri Ramazan Öztürk tərəfindən imzalanıb. Bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edən strateji addım kimi qiymətləndirilir.
Tərəflər gələcəkdə bu kimi tərəfdaşlıqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi əlavə dəyər yaradan layihələrin hazırlanması üçün birgə təcrübə və ekspertizadan istifadə etmək niyyətində olduqlarını bildiriblər.
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb
Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib