2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 7 % azdır.
Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır