Azərbaycan Mərkəzi Bankı neftin orta qiymətini 2025-ci il üzrə 77,3 dollar proqnozlaşdırıb.
“İki sahil” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O əlavə edib ki, AMB təbii qazın orta qiymətini bu il üzrə 349 dollar proqnozlaşdırıb.
Qeyd edək ki, AMB bundan əvvəl 2025-ci il üzrə təbii qazın qiymətini 340 dollar proqnozlaşdırmışdı.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır