Əgər 2023-cü ilin sonuna Azərbaycan banklarının 106 min unikal əmanətçisi olubsa, 2024-cü ilin sonunda bu rəqəm 44 min çox - 150 min nəfər təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bu da il ərzində 40 %-dən çox artım deməkdir. Əmanətçilərin 77,6 %-nin vəsaiti 30 min manata qədərdir. Bu, banklar arasında rəqabətin güclənməsinin nəticəsidir. Ümid edirik ki, bu artım tempi davam edəcək", - deyə o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır