Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Davosda Dünya İqtisadi Forumunun kuluarlarında Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim məsələləri üzrə səfiri Adel ibn Əhməd əl-Cubeyrlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə COP29 sədrliyinin sosial şəbəkələrdəki paylaşımında məlumat yayılıb.
Söhbət zamanı tərəflər Bakıda keçirilmiş COP29-un nəticələrini və hər iki ölkənin bərpa olunan enerjiyə investisiyaların artırılması planlarını müzakirə ediblər.
Qeyd edək ki, M.Babayev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Forum bu il yanvarın 20-dən 24-dək davam edəcək.
Azərbaycanla Çex Respublikası nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalayıb
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür