Azərbaycan Mərkəzi Bankının (AMB) özəl pensiya fondunun yaradılması məsələsində hökumətlə baxışı eynidir.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bu istiqamətdə daha fəal çalışmaq lazımdır. Özəl pensiya fonduna görə həyat sığortası şirkətlərində əlavə kapital tələbinin yarana biləcəyi ilə bağlı nə isə demək hələ ki, tezdir", - deyə o qeyd edib.
AMB sədrinin I müavini Əliyar Məmmədyarov isə deyib ki, bununla bağlı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iş gedir: "Ölkəmiz üçün ən optimal variantın müəyyənləşdirilməsi istiqamətində iş aparılır".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır