2024-cü il ərzində Azərbaycana 279 milyon 681 min ABŞ dolları dəyərində 1 milyon 292 min 26 ton buğda idxal edilib.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə həcm baxımından 9.9% və ya 116 min 685 ton artıb, məbləğ baxımından isə 8% və ya 24.3 milyon dollar azdır.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.76%-nə bərabər olub.
Qeyd edək ki, ötən il ölkəyə Rusiya və Qazaxıstandan idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.4% azalaraq 368 manat təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır