2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibində fəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 1 088 gəmi təmir edilib.
“İki sahil” xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Təmir işlərindən 870-i səfərlərarası naviqasiya təmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla 899-u ZGTTZ-nin, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-si cari olmaqla 189-u BGTZ-nin payına düşüb.
Ötən il təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlara aid olub.
Ümumilikdə son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4 707 iş yerinə yetirilib. Bu dövrdə təmir edilən gəmilərdən 195-i kənar təşkilatlara məxsus olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır