Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Bildirilib ki, Təmiz Enerji Mərkəzi bərpa olunan enerjinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində üzv dövlətlərin kollektiv səylərini birləşdirən qurumdur.
Səməd Seyidov Azərbaycanın bu mərkəzə ev sahibliyi etməsini ölkəmizin regional enerji təşəbbüslərində strateji rolunun artması kimi dəyərləndirib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır