2024-cü ildə Gürcüstan turizmdən rekord məbləğdə 4 milyard 425,4 milyon ABŞ dolları gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 7,3 % çoxdur.
“İki sahil” xəbər verir ki, bunu ölkənin Baş nazirinin I müavini, iqtisadiyyat naziri Levan Davitaşvili bildirib.
Onun sözlərinə görə, bununla da hökumətin turizm gəlirlərinijn dinamikası ilə bağlı proqnozu özünü doğruldub.
Gürcüstan rəsmisi qeyd edib ki, illik gəlirin 963,7 milyon ABŞ dolları IV rübün payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 10,3 % çoxdur.
Onun sözlərinə görə, turizm gəlirlərinin illik artımının 128,3 milyon ABŞ dolları İsrail, 25,8 milyon ABŞ dolları Azərbaycan, 22,9 milyon ABŞ dolları İran, 21,6 milyon ABŞ dolları Avropa İttifaqı, 21,4 milyon ABŞ dolları isə Səudiyyə Ərəbistanı vətəndaşlarının hesabına olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır