Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 58-ci illik toplantısı mayın 4-7-də ilk dəfə İtaliyanın Milan şəhərində keçiriləcək.
"İki sahil” bu barədə ADB-yə istinadən xəbər verir.
Məlumata görə, toplantıda ADB-yə üzv ölkələrin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri, həmçinin özəl sektorun, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak edəcək. Tədbirin İtaliya, Avropa və Asiya-Sakit Okean regionu iqtisadiyyatları arasında qarşılıqlı anlaşmanı və iqtisadi əməkdaşlığı gücləndirərək yeni zirvələrə yüksəltməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu vaxta qədər Bank Azərbaycana 5 milyard ABŞ dollarından çox kredit verib.
ADB 1966-cı ildə təsis edilib və 49-u regionda yerləşən 68 üzvdən ibarətdir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır