Azərbaycanın turizm potensialı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, eləcə də 8 yerli tərəfdaşın iştirakı ilə İspaniyanın Madrid şəhərində baş tutan “FITUR” turizm sərgisində təqdim olunur.
“İki sahil” xəbər verir ki, sərgi çərçivəsində keçirilən təqdimatlarda Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, birbaşa aviareyslər haqqında məlumat verilir.
Stend ziyarətçiləri Azərbaycanın təklif etdiyi turizm məhsulları ilə tanış ola, eyni zamanda milli şirniyyatların və yerli şərabların dadına baxa bilirlər.
Yanvarın 26-dək davam edəcək turizm sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçiriləcək.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır