Britaniya şirkəti “BP Plc” bu ilin sonunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun “Dərin qaz” ("deep-gas") laylarından ilk qaz hasilatına başlamağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”un sualını cavablandırarkən “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
"Ötən il "Qərbi Çıraq" platformasından başlanan ilk istismar quyusunun qazılması hələ də davam edir. Qazma işləri bu ilin ikinci-üçüncü rübündə başa çata bilər. Lakin işlər başa çatdıqdan sonra belə quyu dərhal istismara verilməyəcək, çünki quyunun bu qazın sahilə çatdırılacağı mövcud infrastruktura qoşulması üçün işlər görülməlidir. Bunun üçün platformada çoxlu avadanlıq quraşdırılmalıdır və bu vaxt aparacaq. Ona görə də “deep-gas” çərçivəsində ilk qaz 2025-ci ilin sonuna gözləmək olar", - T.Bayatlı bildirib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır