Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji inkişaf və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
“İki sahil” xəbər verir ki, bu vəzifə İlkin Hüseynova həvalə edilib.
İ.Hüseynov Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavr təhsili alıb. Naples Federico II Universitetində iqtisadiyyat və maliyyə üzrə, Sorbonna Universitetində isə tətbiqi iqtisadiyyat üzrə magistratura dərəcəsinə yiyələnib. Viktoriya Vellinqton Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili alıb, fəlsəfə doktorudur.
10 ildən çox iş təcrübəsinə malik İ.Hüseynov ölkənin bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır