Bərdə–Ağdam dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 95, tikintinin isə 94 faizi tamamlanıb.
Bu barədə "İki sahil" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadə xəbər verir.
Qeyd olunur ki, 2021-ci ildə həm də Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;
Məlumata görə, birinci mərhələ üzrə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb. İkinci mərhələ üzrə Ağdam dəmiryol və avtovağzal kompleksində isə tikinti işləri davam edir.
"Həmçinin Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb", - məlumatda qeyd olunur.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır