SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbəsi Aysel Rəhimli “Microsoft” şirkətində uğura imza atıb.
“İki sahil” xəbər verir ki, Aysel “Microsoft Learn for Educators” proqramına müraciət edərək, müvafiq mərhələləri uğurla keçib. Bununla yanaşı, “The Microsoft Learn Student Ambassadors” (MLSA) proqramına seçilib.
Proqram çərçivəsində Aysel şirkətin təşkil etdiyi müxtəlif yarış və hakatonlarda iştirak edəcək, eyni zamanda, ona təqdim olunan “Azure” və “Microsoft” tədris materiallarından istifadə imkanına sahib olacaq.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb