Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin yanvarın 27-də Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı yanvarın 31-nə dəyişdirilib.
“İki sahil” nazirliyə istinadən xəbər verir ki, nazir vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 09:00-da qəbul edəcək.
Qəbula yanvarın 24-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır