2024-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 12 milyard 508,3 milyon ABŞ dolları dəyərində 5 milyon 916 min ton yük beynəlxalq yük daşımaları həyata keçirilib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3,3 % və 9 % çoxdur.
Ötən il avtomobil nəqliyyatı ilə 10 milyard 404,5 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 3 milyon 592,4 min ton (5,7 % çox) yük idxal edilib, 2 milyard 103,8 milyon ABŞ dolları (15 % çox) dəyərində 2 milyon 323,6 min ton (14,6 % çox) yük ixrac olunub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır