2024-cü ildə Azərbaycanda hava nəqliyyatı ilə 5 milyard 552 milyon ABŞ dolları dəyərində 79 min 211 ton beynəlxalq yük daşımaları həyata keçirilib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 2,8 dəfə çox və 20,5 % azdır.
Ötən il hava nəqliyyatı ilə 346,7 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 1,8 % çox) dəyərində 64 min 500 ton (25,6 % az) yük ixrac olunub, 5 milyard 205,3 milyon ABŞ dolları (3,3 dəfə çox) dəyərində 14 min 711 ton (14,1 % çox) yük idxal edilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır